Ötən gün, noyabrın 28-də İctimai Televiziyanın uşaqlar üçün “Addım-addım” verilişində ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində oktyabr ayında keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. ELS-ın rəhbəri İradə Yaqubova və digər ekspertlərin iştirak etdiyi verilişdə bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələri, üzə çıxan problemlər, uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən amillər və digər məsələlərdən söhbət gedib. VİDEO Davamı
Monthly Archives: November 2014
Dövlət başçısına müraciətlər qəbul olundu
Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda aidiyyatlı dövlət qurumlarının nümayəndələri, ölkədə fəaliyyət göstərən telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və KİV təmsilçilərinin iştirakı ilə keçirdiyi Dəyirmi Masada Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı dövlət başçısında müraciətlər qəbul olunmuşdur. Hazırda imzalanma prosesi gedir.
Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət
Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət
Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət
ELS uşaq teleefirinin monitorinqinin nəticələrini açıqladı
Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Dəyirmi Masa iştirakçılarını salamlayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqladı. Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi 2011-ci ildən bugünədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklərin olmadığını üzə çıxarıb. Təqdimat Davamı
Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Məlumatı AzərTAc yayıb. Davamı
Bakıda Azərbaycan Uşaqlarının III Forumu keçirilib
APA-nın məlumatına görə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Daha sonra uşaq siyasəti ilə bağlı film nümayiş olunub. Davamı


