Daily Archives: 12/08/2014

UNİCEF: 2014-cü il uşaqlar üçün çətin il olub

Unicef-(logo)2014-cü ildə öz evlərini tərk edənlər də daxil olmaqla, 15 milyon uşaq Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Fələstin, Suriya və Ukraynadakı münaqişələrdən zərər çəkib və hazırda 230 milyon uşaq silahlı münaqişələrin davam etdiyi ərazilərdə yaşayır. APA-nın UNİCEF-in saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ildə yüzlərlə uşaq məktəbə gedərkən və ya məktəbdə olarkən girov götürülüb, on minlərlə uşaq silahlı qruplaşmalara cəlb edilərək onlardan döyüşlərdə istifadə olunub. Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşaq  münaqişənin ağır təsirinə məruz qalıb, 10 mindən çox uşaq silahlı qruplaşmalara cəlb olunub, 430-dan çox uşaq döyüşlərdə həyatını itirib və şikəst olub, bu isə 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Davamı

8.12.2014