Bu günlərdə beynəlxalq “Qremmi” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Onların arasında tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin də adı var ki, bu da Azərbaycan musiqisi tarixində ilk belə əlamətdar hadisədir.
Digər iki namizəd isə amerikalı müasir musiqiçi Lera Auerbax və məşhur “Anna Frankın gündəlikləri” operasının bəstəkarı Meçislav Vaynberqdir.
Qeyd edək ki, mükafatlandırma mərasimi 8 fevral 2015-ci il tarixində keçiriləcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Firəngiz xanımı nüfuzlu mükafata təqdim olunması münasibətilə təbrik edir və “Klassik musiqi” nominasiyasında “Grammy” mükafatının qalibi olmağı arzulayır.

Ötən gün Pakistanda heç cür ağla sığmayan dəhşətli faciə baş verib. Milliyyəti və dini bilinməyən (terrorçunun nə milliyyəti, nə də dini olur) 9 amansız qatil Peşavar vilayətinin nüfuzlu məktəbinə basqın edərək orada qırğın törədiblər. Rəsmi məlumata görə, faciə nəticəsində 150 nəfər həlak olub, bir o qədər də insan yaralanıb və bu, əsasən…məktəblilərdir.
