Bölmə: Slide

The Washington Times: Dağlıq Qarabağ ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir

washington_times_00Faktlar danılmazdır: Dağlıq Qarabağın statusu – ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir . Day.az xəbər verir ki, bu barədə The Washington Times nəşrində dərc olunmuş “Dağlıq Qarabağda “dondurulmuş” münaqişə” başlıqlı məqalədə  deyilir.

Məqalədə müəllif Azərbaycan ərazilərinin işğalını pisləyən və bu ərazilərdən Ermənistan hərbi qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin evlərini qayıtması üçün şəraitin yaradılması tələb edən beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 884) və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Baş Assambleyasının 14 mart 2008 il qətnaməsini sadalayır. Bundan başqa, beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, NATO, Avropa Birliyi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat işğal olunmuş ərazidə keçirilən qondarma seçkilərin legitimliyini tanımır. Davamı

25.08.2016

Azərbaycanı Rioda daha çox paralimpiyaçı təmsil edəcək

Azərbaycanı Rioda daha çox paralimpiyaçı təmsil edəcəkAzərbaycan paralimpiyaçıları Rioda çıxış etmək üçün daha üç lisensiya alıb.  Day.az saytının məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) bildiriblər. Qurumun prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsindən Azərbaycana daha üç lisenziyanın verilməsi haqqında məktubun daxil olduğunu söyləyib.

Beləliklə, Rio oyunlarında Afaq Sultanova (London Paralimpiya oyunlarının cudo üzrə qızıl medalçı), Ramin Əliyev (cudo) və Hüseyn Hüseynov (atletika). Azərbaycanı Rio-2016 oyunlarında alti idman növündə 27 paralimpiaçı təmsil edəcək. Ümumilikdə isə ölkəyə 44 lisenziya təqdim olunmuşdur. Davamı

25.08.2016

Azərbaycanın Olimpiya yığması vətənə dönüb

Azərbaycanın Olimpiya yığması vətənə dönübRio-de-Janeyro Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması vətənə dönüb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar.

Belə ki, hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib. Davamı

23.08.2016

Məzahir Pənahov: “Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa mənəvi haqqı yoxdur”

seckiler“Azərbaycanda keçiriləcək referendumun yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb”. APA-nın məlumatlna görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, ölkədə bundan əvvəlki seçkilər də yüksək səviyyədə baş tutub. M. Pənahov referenduma ciddi yanaşılmağın vacibliyini qeyd edib: “Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyid yanaşmağa mənəvi haqqı yoxdur. Referenduma hazırlıq yüksək səviyyədə aparılır. Buna görə həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri həyata keçirilir”. Davamı

23.08.2016

5 mükafat və unudulmaz anlar

23.08.2016-Gunay-Ushaq-TeatrBakı Uşaq Teatrının “Günay” Teatr-Studiyasının gənc istedadları Soçidə “Yaradıcı zirvə” adı altında keçirilmiş ХХ Beynəlxalq müsabiqə-festivaldan 5 mükafatla Vətənə dönüblər. Mükafatlar arasında teatr nominasiyası, bədii söz nominasiyası, ansambl xoreoqrafiyası, solo xoreoqrafiq nominasiya və “Ən yaxşı teatr geyimi” üçün diplom var.

Qeyd etmək lazımdır ki, müsabiqə Krasnodar rayonunun “Təhsil, Elm və Gənclər Siyasəti” Nazirliyinin Gənclər Siyasəti Departamentinin dəstəyilə keçirilmişdir. Festivalın münsiflər heyəti Rusiya Federasiyasının incəsənət xadimlərindən ibarət idi. Burada Rusiya, Azərbaycan və Özbəkistandan 18 kollektiv iştirak edirdi. 8-16 yaş arası 12 gənc Azərbaycan incəsənətini Rusiyada layiqincə təmsil edərək, Vətənə 5 mükafat la qayıtmışlar. Davamı

20.08.2016