Azərbaycanı Rioda daha çox paralimpiyaçı təmsil edəcək

Azərbaycanı Rioda daha çox paralimpiyaçı təmsil edəcəkAzərbaycan paralimpiyaçıları Rioda çıxış etmək üçün daha üç lisensiya alıb.  Day.az saytının məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) bildiriblər. Qurumun prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsindən Azərbaycana daha üç lisenziyanın verilməsi haqqında məktubun daxil olduğunu söyləyib.

Beləliklə, Rio oyunlarında Afaq Sultanova (London Paralimpiya oyunlarının cudo üzrə qızıl medalçı), Ramin Əliyev (cudo) və Hüseyn Hüseynov (atletika). Azərbaycanı Rio-2016 oyunlarında alti idman növündə 27 paralimpiaçı təmsil edəcək. Ümumilikdə isə ölkəyə 44 lisenziya təqdim olunmuşdur.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (İAM) Rusiya Paralimpiya Komitəsinin (RPK) iddiasını rədd edərək Rusiya idmançılarını Rio-de-Janeyroda keçiriləcək 2016 Paralimpia oyunlarına buraxmadı.

25.08.2016