“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (Referendum) keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabrın 26-a təyin olunmuş Referendum zamanı “Ekzit-poll” tədqiqatı keçirmək məqsədilə sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə 25.2.23-cü maddəsinə əsasən, “Ekzit-poll” keçirən təşkilatlar akkreditasiyadan keçmək üçün səsverməyə iyirmi gün qalmış MSK-ya müraciət etməlidir. Öz növbəsində MSK səsverməyə on gün qalmış həmin müraciətlərə dair qərar verməlidir.
Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Oxu.Az xəbər verir, nekroloqda Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verdiyi deyilir. “Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat edib.
Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib. Milli.Az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan report-un sorğusuna cavab olaraq deyilib ki, prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşdirilib.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və təhsildə fərqlənən bir qrup şagird üçün avqustun 26-da Qəbələdə istirahət proqramı təşkil edib. Proqram Bakı, Şəki və Qəbələ şəhərlərindəki müxtəlif körpələr və uşaq evləri, internat məktəbləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaq və yeniyetməni əhatə edib.
Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanımın çoxşahəli fəaliyyəti, o cümlədən ölkəmizin təhsil sisteminin inkişafı, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətləri, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlər daim onu ölkə və dünya mətbuatının gündəmində saxlayır. Çoxşahəli fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara layiq görülmüş Mehriban Əliyeva ötən gün Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqində böyük töhfəsi və iştirakına görə bu şəhərin fəxri vətəndaşı seçilmişdir.
