Bölmə: Slide

“ELS” treninqlər keçirir

Sentyabrın 17-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər üçün treninqlərə başlamışdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı

19.09.2016

“ELS” təbrik edir!

tebrik15-09-2016Bu gün ümid, arzu və xəyallarla gələcəyə baxdığımız “Bilik günü”dür. Yaşımızdan asılı olmayaraq həyacanla yaşadığımız bir gün. Hər bir uşağın tərbiyələndirilməsi ailədən başlasa da, vətəndaş kimi formalaşması məhz məktəbdə baş verir. Məktəbdə keçdiyimiz dövr həyat yolumuz, mənəvi dəyərlər, əqidə və məqsədlərimizə bilavasitə təsir edir. Valideynlərimiz üçün dəyərli övlad, cəmiyyətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmaq şərəf və qürurverici hisdir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi təhsil və bilik uğrunda ilk addımını atan balaca balaları təbrik edir, təhsildə uğurlar arzulayır. İnanırıq ki, XXI əsrdə üzərinizə düşən vəzifələri yerinə yetirməklə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini məhz siz təmin edə biləcəksiniz.

15.09.2016

Prezident İlham Əliyev Bakıda orta məktəbin yeni binasının açılışında iştirak edib

15-sentyabr-ilham-aliyevPrezident İlham Əliyev sentyabrın 15-də – Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verib. Qeyd edilib ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

15.09.2016

Bu gün Azərbaycanda “Bilik günü”dür

bilik_gunu2016-09-15Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. APA-nın xəbərinə görə, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415  242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunaraq istifadəyə veriləcək. Davamı

15.09.2016

Prezident 58 və 261 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olub

prezident-58-v%c9%99-261Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Davamı

13.09.2016