The Washington Times: Dağlıq Qarabağ ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir

washington_times_00Faktlar danılmazdır: Dağlıq Qarabağın statusu – ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir . Day.az xəbər verir ki, bu barədə The Washington Times nəşrində dərc olunmuş “Dağlıq Qarabağda “dondurulmuş” münaqişə” başlıqlı məqalədə  deyilir.

Məqalədə müəllif Azərbaycan ərazilərinin işğalını pisləyən və bu ərazilərdən Ermənistan hərbi qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin evlərini qayıtması üçün şəraitin yaradılması tələb edən beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 884) və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Baş Assambleyasının 14 mart 2008 il qətnaməsini sadalayır. Bundan başqa, beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, NATO, Avropa Birliyi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat işğal olunmuş ərazidə keçirilən qondarma seçkilərin legitimliyini tanımır.

Vəziyyəti gərginləşdirən odur ki, aprel döyüşləri erməni millətçilərini yenidən Dağlıq Qarabağın “müstəqilliyinin” Ermənistan tərəfindən tanınması blefinə əl atmağa vadar etmişdir, – deyə, The Washington Times yazır.

25.08.2016