İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Uşaq bağçaları və uşaq evlərinin yetirlmələri rəngarəng mahnı və rəqslərlərdən ibarət konsert göstərdilər. Konsert nəinki azyaşlı tamaşaçılar və onların valideynlərinə, həm də gənc ifaçıların özlərinəböyük sevinc bəxş etdi.
Konsertin ərsəyə gətirənlər arasında onun quruluşçu-rejissoru “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin “Yeni nəsl” nominasiyasının qalibi Səbinə Ağaşirinova olmuşdur. Səbinənin yazdığı uşaq nagılları, təmsil və şerləri, onlara çəkdikləri şəkillərlərwww.meneviservetimiz.az saytının “İlk qələmlər” bölməsində yerləşdirilmişdir. İllər uzunu bağça müəlliməsi işləyən və körpələrə böyük məhəbbətlə yanaşan, indi isə İncəsənət Universitetinin rejissorluq fakultəsinin tələbəsi olan Səbinə yenə də böyük həvəslə uşaq bayramının təşkilinə qatıldı və uğurlu bir nəticə əldə etdi. Təbrik edirik! FOTOQALEREYA Davamı

İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Konsertdə “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin qaliblərindən biri olan Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Bağçamız” mahnısı da uşaqların ifasında böyük həvəslə səslənmiş və dinləyicilərin gurultulu alqışlarına layiq görülmüşdür. Qeyd edək ki, bu və müsabiqənin digər qalib mahnıları artıq bağçalarımızda populyarlaşıb və ifa olunurlar.
Sabahın gəlinlərini məhv etməyin
Dostlar, 2013-cü ildə ELS-Müstəqil Araşdırmalar Mərkəzi uşaq mahnıları sahəsində olan boşluğu doldurmaq məqsədilə “Yeni uşaq mahnıları-2013” müsabiqəsini keçirib. Müsabiqəyə 77 mahnı təqdim olunmuş, on mahnı isə peşəkar münsiflər heyəti tərəfindən qalib elan edilmişdi. Qalib mahnılar Gənc Tamaşaçılar Teatrında 19.12.2013 tarixində qala-konsertdə təqdim olunmuşdur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının 2013-cü ildə başladığı «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsi diplomatiyamızın uğurlu fəaliyyəti sayəsində AŞPA-da işğalçı Ermənistandan Azərbaycan ərazilərini qəti surətdə tərk etməyi tələb edən qətnamənin qəbulu ilə nəticələnmişdir. Belə ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin Azərbaycanla bağlı hazırladığı “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi əsasında qətnamə qəbul edib… 
