Bölmə: Slide

Azərbaycan xalqı 20 Yanvar qurbanlarını yad edir

20-yanvar-shehidler-xiyabani-ushaqBu gün Azərbaycan xalqının şanlı səhifəsinə çevrilmiş 20 Yanvar qanlı hadisələrindən 26 il ötür. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi cinayət 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması ilə nəticələndi və Azərbaycan xalqının tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu… Davamı

20.01.2016

“ELS” növbəti uğuruna imza atdı

ELS_Fexriferman_2016“ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi layihəsini uğurla icra etdiyi ücün Şuranın Fəxri Fərmanı ilə təltif edilib. Bu, yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən ilki fəaliyyətinə həsr olunmuş hesabat konfransında məlum olub. Şuranın qərarı ilə 43 QHT Fəxri Fərmana layiq görülüb.

Qeyd edək ki, layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur. İctimai Televiziyanın “Açıq dərs” verilişinin 6 buraxılışının hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara, o cümlədən  “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn-şagird münasibətləri”, “Kitab dostumuzdur, yoxsa…”, “Uşaqların asudə vaxtının təşkili”nə həsr olunmuşdur. Aprelin 29-da başlayan silsilə verilişlər iyunun 3-də çaşa çatmışdır. İctimaiyyətin marağına səbəb olan və maraqlı diskussiyalarla yadda qalan buraxılışların hər birində mövzuya dair ekspertlər və studiyanın qonaqları iştirak etmışdir… Davamı

19.01.2016

Bakıda “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb

veloyürüş-1Bu gün 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb. APA-nın məlumatına görə, yürüş saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürüb.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov deyib ki, iştirakçılar Bayraq Meydanı – Azneft prospekti – Dəniz limanı – Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 km-lik yürüş elə başladığı yerdə – Dövlət Bayrağı Meydanında başa çatacaq. Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak edirlər. İştirakçıların sayı 200 nəfərdir… FOTOQALEREYA Davamı

9.11.2015

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür

Bayrag-gunu-3APA-nın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlubayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib… FOTOQALEREYA Davamı

9.11.2015

“Ekzit-pol” tədqiqatı “Yeni gün” proqramının canlı efirində

04.11.2015itvİradə Yaqubova canlı efirdən hər kəsə dərin minnətdarlığını bildirdi

Noyabrın 4-də İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2015-ci il noyabrın 1-də ölkədə keçirilən Parlament seçkilərində apardıqları “ekzit-poll” tədqiqatına hazırlıq işləri, gedişatı, nəticələri ilə bağlı maraqlı açıqlamalarla çıxış edib. Aparıcının suallarını cavablandıran layihə rəhbəri 2008-ci ildən həyata keçirdikləri “Ekzit-poll” tədqiqatının metodikasının dünya standartlarına uyğun seçildiyini və illər ərzində dəyişmədiyini, eyni zamanda təşkilatı işlərdə sistemin təkmilləşdiyini və bir qədər fərqli aparıldığı bildirib. Onun sözlərinə görə, “ELS”-ın kadrlar bazasında 10 minə yaxın əməkdaşın olmasına baxmayaraq, bu dəfə tədqiqata hənm də yeni kadrlar, xüsusən də gənclər cəlb edilmişdir… FOTOQALEREYA VİDEO Davamı

4.11.2015