Monthly Archives: May 2015

Azərbaycan Respublika Gününü qeyd edir

b25773082003814551ff26a957e173a5Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. Düz 97 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir. Davamı

28.05.2015

Mütaliəyə bugünkü münasibət bizi qane edirmi?

27.05.2015“Açıq dərs”də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müzakirələri davam edir

Mayın 27-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İctimai Televiziyanın dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti aktual mövzusu müzakirəyə çıxarılmışdır.

Studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və sevimli şairimiz Vahid Əziz orta ümumtəhsil məktəblərinin müəllim, kitabxana müdirləri  və şagirdləri ilə birgə “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət”  mövzusu ətrafında fikir mübadiləsi aparmışlar. FOTOQALEREYA Davamı

28.05.2015

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi”

592df2637d2bb88764e76e5557805f2a“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib. Davamı

28.05.2015

Gəncədəki fləşmob Ginnes Rekordlar Kitabına düşə bilər

Flesh-mobİlk Avropa oyunları ərəfəsində Gəncədə altı min nəfərin iştirakı ilə fləşmob keçirilmişdir. haqqin.az. saytının məlumatına görə,Heydər Əliyev meydanına toplaşan gənclər Avropa oyunları simvollarını əks etdirən fləşmob təşkil ediblər.

Bu aksiyanı Ginnes rekordlar Kitabının komissiyası da izləyib.

Bu yaxınlarda iraqda 4200 nəfərin iştirakı ilə İraq bayrağını əks etdirən fləşmob keçirilmişdir. Davamı

27.05.2015

“Sərçənin sərgüzəştləri” operasının ilk təqdimatı Bəstəkarlar İttıfaqının səhnəsində

25.05.2015Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası keçirildi. Bakı şəhəri 3 saylı Uşaq İncəsənət Məktəbinin uşaq xoru, rəqs qrupu və solistlərinin ifasında təqdim olunan tamaşa 28 may – Respublika Günü və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. FOTOQALEREYA Davamı

26.05.2015