Daily Archives: 05/14/2015

“Məktəb-valideyn-şagird münasibətləri” üçbucağı “Açıq dərs”in efirində

13.05.2015Mayın 13-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu müzakirə predmetinə çevrildi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev və studiyanın qonaqları, o cümlədən ümumtəhsil məktəblərinin səlahiyyətli nümayəndələri, müəllimlər, valideynlər məsələ ilə bağlı bir çox maraqlı məqamlara toxunublar. FOTOQALEREYA Davamı

14.05.2015

ELS-ın layihəsi “Yeni gün” proqramında müzakirə olundu

12.05.2015Mayın 12-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olub. Söhbət ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsindən gedib. Davamı

14.05.2015