Rusiya paytaxtında – Qızıl Meydanda faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə hərbi parad başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, parad müdafiə naziri, ordu generalı Sergey Şoyqunun tribunada dayanan prezident və ali baş komandan Vladimir Putinə raport verməsi ilə başlayıb.
Sonra Vladimir Putin çıxış edib.
Qələbə paradları tarixində ilk dəfə olaraq hərbi keçid Böyük Vətən müharibəsində həlak olan insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Davamı

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 70 il keçir. APA-nın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
