Mayın 27-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət” mövzusu “Açıq dərs” verilişinin müzakirə predmeti olacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoruLətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və şair Vahid Əziz studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr aparacaqlar.
Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini qaçırmayın! FOTOQALEREYA Davamı

“Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu gündəmə çıxarıldı
Mayın 20-də saat 19.00-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu müzakirə predmeti olacaq.
Mayın 13-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu müzakirə predmetinə çevrildi.
Mayın 12-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olub. Söhbət ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsindən gedib. 
