Daily Archives: 05/26/2015

“Sərçənin sərgüzəştləri” operasının ilk təqdimatı Bəstəkarlar İttıfaqının səhnəsində

25.05.2015Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası keçirildi. Bakı şəhəri 3 saylı Uşaq İncəsənət Məktəbinin uşaq xoru, rəqs qrupu və solistlərinin ifasında təqdim olunan tamaşa 28 may – Respublika Günü və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. FOTOQALEREYA Davamı

26.05.2015

ANONS! Mayın 27-si ELS İctimai Televiziyanın efirində

26.05.2015Mayın 27-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət” mövzusu  “Açıq dərs” verilişinin müzakirə predmeti olacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova,   Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoruLətifə Məmmədova,  yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və şair Vahid Əziz studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr aparacaqlar.

Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini  qaçırmayın!  FOTOQALEREYA Davamı

26.05.2015