Mərkəzi Seçki Komissiyası “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müraciətini təmin edib

thumbmakerBu gün, dekabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı 2014-cü il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində “Ekzit-poll” tədqiqatının aparılması ilə bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin  müraciətinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətin təmin edilməsinə dair qərar verilib. Qurum müvafiq sənədləri MSK-ya dekabrın 1-də təqdim etmiş və qanunvericiliyə görə müraciətə 10 gün ərzində baxılmalı idi.  

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin bələdiyyə seçkilərində keçirəcəyi “Ekzit-pool” tədqiqatı bu dəfə 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılacaq.

Xatırladaq ki, ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” təqdiqatının aparılmasında kifayət qədər təcrübəsi var. Belə ki, qurum 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament seçkiləri, 2013-cü ildə isə növbəti prezident seçkiləri zamanı “Ekzit-poll tədqiqatını həyata keçirmişdir.

12.12.2014