Almaniyanın hakimiyyətdə olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının “Junge Union” gənclər təşkilatının 2012-ci il oktyabrın 5-7-də Berlində keçirilən “Deutschlandtag” adlı illik konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilib. Davamı
Monthly Archives: October 2012
Türkiyə Xarici İşlər Nazirliyi: Xankəndi aeroportunun istismara verilməsi cəhdi təxribatdan başqa bir şey deyil
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında yeni aeroportu istismara vermək cəhdlərini pisləyib. APA-nın Türkiyə XİN-ə istinadən yaydığı məlumata görə, bəyanatda Ermənistanın 1992-ci ildən bu yana işğal altında saxladığı Dağlıq Qarabağdakı Xankəndi hava limanını 2012-ci il sentyabrın 28-dən istismara verdiyi və bu hava limanında test uçuşlarının həyata keçirilməsinə hazırlaşdığı qeyd olunur. Davamı
AŞPA-da Ramil Səfərovun ekstradisiya və əfv edilməsi ilə bağlı dinləmə keçirilib
“Beynəlxalq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir”
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında cari məsələ kimi “Ramil Səfərov məsələsi” müzakirə edilib. APA-nın Avropa Şurasındakı müxbirinin xəbərinə görə, bu məsələ ilə əlaqədar çıxışların sonunda heç bir sənəd, qətnamə qəbul olunmasa da, müzakirələr çox qızğın keçib. Davamı
Prezident İlham Əliyev: “Azərbaycanlılara qarşı soyqırımı törədənlər dünya birliyi tərəfindən hələ də adekvat qınaqla üzləşməyiblər”
“Qərar və qətnamələrin icra edilməməsi beynəlxalq təşkilatlara hörməti azaldır, inamı itirir”
“Azərbaycan artıq 20 ildir, humanitar fəlakətlə üzləşib. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə 20 ildir, erməni işğalının altındadır. Bu işğal davam edir”. APA-nın məlumatıma görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib. Davamı
Ermənilər bu ilin doqquz ayı ərzində atəşkəsi 1150 dəfədən çox pozub
İlin əvvəlindən 15 Azərbaycan hərbçisi şəhid olub, 2 hərbçi əsir götürülüb, 18 hərbçi və 1 mülki şəxs yaralanıb
Ermənistan Silahlı Qüvvələri sentyabr ayında cəbhə xəttində atəşkəs rejimini 154 dəfə pozub.APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi (Ağdam istiqamətində) yaralanıb. İyul ayında Naxçıvan istiqamətində atəşkəsin pozulması zamanı başından yaralanmış bir əsgəri isə dünyasını dəyişib. Davamı


