Daily Archives: 10/03/2012

Ermənilər bu ilin doqquz ayı ərzində atəşkəsi 1150 dəfədən çox pozub

Esger_aticiİlin əvvəlindən 15 Azərbaycan hərbçisi şəhid olub, 2 hərbçi əsir götürülüb, 18 hərbçi və 1 mülki şəxs yaralanıb

Ermənistan Silahlı Qüvvələri sentyabr ayında cəbhə xəttində atəşkəs rejimini 154 dəfə pozub.APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi (Ağdam istiqamətində) yaralanıb. İyul ayında Naxçıvan istiqamətində atəşkəsin pozulması zamanı başından yaralanmış bir əsgəri isə dünyasını dəyişib. Davamı

3.10.2012

AŞ PA-da “siyasi məhbus” anlayışı ilə bağlı müzakirə keçirilib

ASHPAAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bugünkü plenar iclasında “siyasi məhbus” anlayışı üzrə müzakirələr keçirilib.

APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, qurumun İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsi adından “Siyasi məhbusların müəyyənləşdirilməsi” və “Azərbaycanda siyasi məhbuslar” üzrə məruzəçi, almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı “Siyasi məhbusların müəyyənləşdirilməsi” adlı hesabatı Assambleyanın plenar iclasında dinlənilib. Davamı

3.10.2012