Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bugünkü plenar iclasında “siyasi məhbus” anlayışı üzrə müzakirələr keçirilib.
APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, qurumun İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsi adından “Siyasi məhbusların müəyyənləşdirilməsi” və “Azərbaycanda siyasi məhbuslar” üzrə məruzəçi, almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı “Siyasi məhbusların müəyyənləşdirilməsi” adlı hesabatı Assambleyanın plenar iclasında dinlənilib. Davamı




