Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti keçirilir. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Tacikistan prezidentləri, Türkiyənin baş naziri, həmçinin Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsilçiləri iştirak edirlər. Davamı
Monthly Archives: October 2012
İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitində Bakı Bəyannaməsi qəbul olunub
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitinin yekununa dair Bakı Bəyannaməsi qəbul olunub. APA-nın məlumatına görə, sənədin qəbulundan sonra ECO mükafatlarının təqdim olunması mərasimi keçirilib.
Müxtəlif sahədə elmi-tədqiqat işlərinə görə ECO mükafatı 8 ölkədən 24 nəfərə verilib. Azərbaycandan iqtisadiyyat sahəsi üzrə bu mükafat Asəf Nadirova təqdim olunub. Davamı
Azərbaycan və İran prezidentlərinin görüşü olub
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Davamı
ABŞ Enerji İnformasiya Təşkilatı: AB-nin İrana tətbiq edəcəyi qaz sanksiyasından daha çox Türkiyə və Azərbaycan ziyan çəkəcək
Avropa Birliyinin (AB) İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiya dünya bazarına çox təsir göstərməyəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Enerji İnformasiya Təşkilatının yaydığı hesabatda bildirilir.
Sənəddə qeyd olunur ki, AB-nin İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiyadan daha çox Türkiyə və Azərbaycan Respublikasının bir hissəsi zərər çəkəcək.
Abid Şərifov: “Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda zəlzələyə davamlılıq nəzərə alınmayıb”
“Bakıda mövcud qaydalara riayət olunmadan tikilən 200-dən çox bina var”
“Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda heç bir antiseysmik tədbirlər görülməyib və zəlzələyə davamlılıq nəzərə alınmayıb”. APA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib. Davamı


