Daily Archives: 10/02/2012

Bakıda ən müasir metro stansiyası tikilir

metro_memar_ecemi2Hazırda “Memar Əcəmi-2” metro stansiyasının tikintisi davam etdirilir. Bu barədə Day.Az saytına Bakı Metropolitenindən bildiriblər.

Stansiyada platformanın uzunluğu 145 metr, eni isə 11 metrdir. Stansiyada 4 ədəd lift, 14 ədəd eskalator fəaliyyət göstərəcək. Avtomatik platforma qapıları (PSD) da quraşdırılıb. Bu qapıların əsas məqsədi sərnişinlərin təhlükəsizliyini təmin etmək, onların relslərə yıxılmasının qarşısını almaqdır. İlkin olaraq, 5 ədəd kondisionerlə təmin olunmuş vaqonlar istifadə ediləcək. Sərnişin axınının artacağı təqdirdə vaqonların sayı da artacaq.  Davamı

2.10.2012

Milli Məclis Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə bəyanatla cavab verib

Milli_MeclisAzərbaycan Milli Məclisinin müvafiq Komissiyası Avropa Parlamentinin (AP) Ramil Səfərovla bağlı qətnaməsinə qarşı bəyanat layihəsi hazırlayıb. APA-nın məlumatına görə, bəyanat səsverməyə qoyularaq qəbul olunub. Bəyanatda AP-nin qətnaməsindən təəssüf ifadə olunub. Həmçinin qeyd olunub ki, R.Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi zamanı yerli qanunlara və beynəlxalq konvensiyalara əməl olunub. Bəyanat səsverməyə çıxarılaraq qəbul olunub Davamı

2.10.2012