Daily Archives: 10/30/2012

“Mənəvi sərvətimiz” portalı uşaq və yeniyetmələr üçün məlumat bazasıdır

irade-yaqubova-1Layihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır: 

– Ölkəmizdə uşaqların və boy atan gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş vətəndaşları kimi formalaşması üçün mühüm addımlar atılıb. Dövlət səviyyəsində uşaqların Azərbaycanın gələcəyi olması və cəmiyyətimizin ən zərif hissəsi olduğu prioritet kimi gəbul edilərək uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti də öz növbəsində bu siyasətə dəstək olaraq uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması məqsədilə fəaliyyətini qurmalıdır. Artıq 2 ildir ki bu istiqamətdə ciddi işlər görən “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilk olaraq 2011-ci ilin yanvar ayında ictimai əsaslarla “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə başlayıbLayihə çərçivəsində gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsindəki vəziyyət və problemlər araşdırılıb, monitorinqlər və rəy sorğuları keçirilib, alınan nəticələr əsasında təkliflər hazırlanıb. Davamı

30.10.2012