Bölmə: Ana səhifə

Azərbaycanda Qurban bayramı qeyd olunur

Qurban_BayramiAPA-nın xəbərinə görə, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24-də və 25-də qeyd edilir. Sentyabrın 24-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban bayramı namazı qılınacaq. Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb… Davamı

24.09.2015

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

İlham-Əliyev_13265Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

“Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Bu günlər ölkəmizin möminləri tərəfindən dini ayinlər yerinə yetirilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur… Davamı

23.09.2015

Yaddaşlarda və misralarda yaşayacaq insan

mamed_aslan_poet_33Şair Məmməd Aslan dünyasını dəyişdi

Bu yolu seçdim ki, yanam, tutuşam,

Ağrılar içində qovrulan quşam.

Ömrü söz uğrunda girov qoymuşam,

Başqa sənətim yox, başqa işim yox…

Bu misraların müəllifi şair Məmməd Aslan bu gün dünyasını dəyişib. Müasir poeziyamizın görkəmli nümayəndəsi, söz ustadı Məmməd Aslan ömrü boyu yazıb-yaradıb, sözün əsl mənasında peşəsinin vurğunu olub. Onun haqqında keçmiş zamanda danışmaq nə qədər çətin olsa da, şairliyi, vətəndaşlığı və insanlığı haqqında söz demək bir o qədər asandır… Davamı

23.09.2015

DTİHB-nin ardınca ATƏT PA da Azərbaycanda seçkilərə müşahidəçi göndərməkdən imtina edib

AtetATƏT-in Parlament Assambleyası Azərbaycanda parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina edib. Bu barədə ATƏT PA prezidenti İlkka Kanerva bildirib. Xəbər assambleyanın saytında yerləşdirilmiş məlumatda yer alır. Kanerva ötən həftə ATƏT PA-nın daimi komitəsinin iclasında bildirib ki, bu addım Azərbaycana öz müşahidəçilərini göndərməkdən imtina edən ATƏT DTİHB-nin qərarına uyğun olaraq qəbul edilib.

“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımıza – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna məhdudiyyətlər qoyub. Nəticədə DTİHB Azərbaycanda nəzərdə tutulmuş müşahidə missiyasını ləğv edib. Mühüm tərəfdaşımız seçkiləri müşahidə edə bilmirsə, biz də bunu etməyəcəyik”, deyə İlkka bildirib.

23.09.2015

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilib

İlham_Eliyev_toplanti2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə birinci iclası keçirilib. APA-nın məlumatına görə, prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib.

İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlət başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb… Davamı

23.09.2015