Bölmə: Ana səhifə

Sabah Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək

Milli_Meclis_2Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların  səlahiyyətli nümayəndələri  və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat oktyabrın 9-da başlanacaq, 31 oktyabr  saat 8.00-da dayandırılacaq.

8.10.2015

Prezident İlham Əliyev “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak edib

04.10.2015Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər. “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verdi. Ətraflı

4.10.2015

Deputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

01.10.2015Oktyabrın 2-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət 2015-ci il sentyabrın 12-dən oktyabrın 2-si saat 18.00-dək olan dövrü əhatə edir.

1.10.2015

Prezident İlham Əliyev: Azərbaycan və Rusiyanın regionlararası forumları həyat qabiliyyətini və səmərəliliyini göstərdi

rossiya_azerbaijanSentyabrın 30-da Rusiyanın Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Dövlət başçısı forumun işinə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, bu forum cari il Azərbaycanın ənənəvi sıx ticari-iqtisadi əlaqələri olan Sverdlovks vilayətinin inzibati mərkəzi sayılan Yekaterinburqda keçirilir.

Müraciətdə deyilir: “Regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri əlaqələrin qorunması və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”… Davamı

1.10.2015

Dünyanın ən qəribə yaşayış məskəni: üzən kənd

03Dünyanın qeyri-adiliyi ilə seçilən yaşayış məskənləri, özünəməxsus yaşayış tərzi ilə seçilən kənd və qəsəbələri kifayət qədərdir. Kambocada, Tonlesap gölü sahilindəki Kompong Luong kəndi də bu qəbildəndir. Sözügedən yaşayış məskəni bütün dünyada “Üzən kənd” kimi məşhurlaşıb.

Onun məşhurlaşmasına əsas səbəb Anqkor Vat kilsə kompleksinin, Pnompey, Battaombanq kimi yaşayış məskənlərinin yaxınlığında yerləşən Kompong Luongda bütün evlərin suyun içində yerləşməsidir. Davamı

1.10.2015