“AŞPA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır”. APA-nın məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında deyilir… Davamı
Bölmə: Ana səhifə
AŞPA seçki müşahidə missiyası Azərbaycan Milli Məclisində görüşlər keçirib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə olub. Parlamentdən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Milli Məclis sədrinin müavini, parlamentdə təmsil olunan bitərəflər qrupunun nümayəndəsi Valeh Ələsgərovla görüşüblər.
Milli Məclis sədrinin müavini Azərbaycanda seçki qanunvericiliyi, parlament seçkiləri öncəsi vəziyyət, seçki komissiyalarının tərkibi, bitərəflərin seçki komissiyalarında təmsilçiliyi və digər məsələlər barədə ətraflı məlumat verib. Davamı
Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində ilk dəfə anılıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlkumata görə, bu münasibətlə ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib. Çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Çıxışının əvvəlində 18 sentyabr tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen, ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb. Davamı
AŞ PA nümayəndələri Parlament seçkiləri ilə bağlı Azərbaycana gəlir
Xordi Huklun (İspaniya) başçılıq etdiyi AŞ PA nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycana səfər edəcək. Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir. Məlumatda deyilir ki, nümayəndə heyətinin üzvləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın gedişini qiymətləndirəcəklər.
Nümayəndə heyəti parlamentin spikeri, Azərbaycanın siyasi partiyalarının, eləcə də parlamentdə təmsil olunmamış müxalif partiyaların liderləri və nümayəndələri ilə görüşlər keçirəcək.
AŞ PA nümayəndə heyəti səfərin yekunu üzrə bəyanat verəcək. Nümayəndə heyətinin tərkibinə, həmçinin Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Bağış (Türkiyə) və AŞ PA-nın Monitorinq komitəsinin həmməruzəçisi Aqustin Konde daxil olacaq.
Seçkiqabağı təşviqat üçün KİV-lərdə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır
Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrıldığını elan edir. Trend-in məlumatına görə, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: Davamı


