“Böyük Bakının regional inkişaf planı” layihəsi yeni ictimai nəqliyyat növlərinin tətbiqini nəzərdə tutur. Bu barədə Trend-ə layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı deyib. Eldarlı bildirib ki, hazırda Bakıda yeni ictimai nəqliyyat növlərini – sürət tramvayları, yerüstü metropoliten, metrobuslar və s. – səmərəli tətbiq etmək lazımdır: “Belə yolların şəhər daxilində və ondan kənarda, xüsusilə Bakıdan Heydər Əliyev Hava Limanı, Sumqayıt və Ələtədək çəkilməsi nəzərdə tutulur”. Davamı
Bölmə: Ana səhifə
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verildi
İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi. Davamı
Elxan Süleymanov: “AŞPA açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisinə çevrilib”
Millət vəkili Elxan Süleymanov və onun AŞPA – dakı 24 həmkarı tərəfindən imzalanan və müzakirəyə qoyulan Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən ilk qətnamə təklifi artıq aprelin 21-i Strasburqda AŞPA-nın yaz sessiyası zamanı Assambleya tərəfindən veto ilə əngəlləndi. Davamı
ELS yeni layihəyə start verdi
1 iyun 2013-cü il tarixindən “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinə başlayır. Layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd yetişən nəslin mədəni və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş, yüksək vətəndaş şüurlu cəmiyyət üzvü kimi formalaşmasında önəmli rol oynayan uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir. Davamı
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (International Children’s Day) qədim beynəlxalq bayramlardan biridir. Onu keçirilməsi haqqında qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahı məsələlərinə həsr olunan Ümumdünya Konfransında qəbul edilmişdir. Davamı


