Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa çatdırıb. APA-nın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP-ın rayon və şəhər təşkilatları tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərargahına təqdim edilib. Davamı
Bölmə: Ana səhifə
Türkdilli ölkələr Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdardır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələsammitinin yekun Bəyannaməsində Dağlıq Qarabağmünaqişəsinə dair maddə yer alıb. Türkdilli DövlətlərinƏməkdaşlıq Şurasının (TÜRKKON) Qəbələ şəhərindəkeçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə qeyd olunub. APA-nın məlumatına görə, sənədin 13-cümaddəsində bu münaqişəyə həsr olunub. Davamı
Rusiyalı siyasi ekspert: “Vladimir Putinin Bakıya səfəri Azərbaycan-Rusiya münasibətlərin gərgin olması barədə fikirləri alt-üst etdi”
Moskva. Fərid Əkbərov-APA. Rusiyalı siyasi ekspertlər Vladimir Putinin Bakı səfərini şərh ediblər. Moskva Karnegi Mərkəzinin üzvü, məşhur rusiyalı politoloq, professor Aleksey Malaşenko APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Rusiya prezidentinin Bakıya səfəri olduqca önəm daşıyır: “Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə dəstəyinin göstəricisidir. Vladimir Putin üçüncü dəfə prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etdi. Bu Rusiyanın Azərbaycana nə qədər önəm verdiyini sübut edir. Lakin bu o demək deyil ki, Rusiya digər Cənubi Qafqaz ölkəsi olan Ermənistanla münasibətlərə önəm vermir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir. Qərbin, xüsusi ilə də ABŞ-ın bu ölkədə maraqları güclüdür. Rusiya da istəmir ki, Azərbaycanı bir tərəfdaş kimi itirsin. Çünki, Rusiya dövləti başa düşür ki, Yaxın və Orta Şərqdə, Qafqazlarda siyasətin həyata keçirməsində Azərbaycanın onun yanında olması olduqca vacibdir”. Davamı
Azərbaycanda prezidentliyə namizədlərin irəli sürülməsi prosesi davam edir
Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər. Prezidentliyə iddialılar öz sənədlərini avqustun 20-dən sentyabrın 9-na kimi MSK-ya təqdim etməlidirlər. Davamı
Şərqdə opera yazan ilk qadın-bəstəkar dünyasını dəyişdi
Uzun müddətdir səhhətində problemlər yaşanan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova 89 yaşında dünyasını dəyişib.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. 89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Davamı


