Bölmə: Ana səhifə

Azərbaycanın zəlzələ baş vermiş bölgəsində bu günə qədər 3177 ev, 24 məktəb tikilib, 5077 ailəyə bərpa üçün vəsait ödənilib

Mekteb_yeniBu il aprelin 1-nə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir. APA-nın xəbərinə görə, Azərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsində aparılan tikinti-bərpa işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin bu il aprelin 1-nə olan statistikasında belə qeyd olunub. Davamı

12.04.2013

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara xəbərdarlıq edib

Maliyye_NazirliyiNazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Davamı

11.04.2013

MTRŞ sədri :“Gələcəkdə Azərbaycanda hər bir telekanalın üzərinə cizgi filmlərinin çəkilişi ilə bağlı məsuliyyət qoyulacaq”

Ushaqlar_tv“Milli Televiziya və Radio Şurasında (MTRŞ) cizgi filmlərinə maliyyə yardımın ayrılması ilə əlaqədar müzakirələr aparılacaq”.  Bu açıqlamanı  APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, uşaq filmləri və cizgi filmləri ilə əlaqədar məsələ rəhbərlik etdiyi qurumun ən ağrılı yerlərindən biridir: Davamı

6.04.2013

Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir

Mehseti_Gencevi_ElyazmaMəhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür. APA-nın məlumatına görə, tədbirlərdə qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir. Davamı

6.04.2013