Bölmə: Ana səhifə

AŞPA Bürosunda Azərbaycanda prezident seçkilərinin müşahidəsinə hazırlıq məsələsi müzakirə olunacaq

ASHPA_Parlament_AssambleyasiSentyabrın 2-də Xorvatiyanın Dubrovniki şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda, əsasən, AŞPA-nın payız sessiyasının (30 sentyabr-4 oktyabr) gündəliyi, oktyabrın 9-da Azərbaycanda, 27-də isə Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsinə hazırlıq məsələləri müzakirə olunacaq. Davamı

30.08.2013

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir”

76ef80c6500ccc99dd51fffc70ec5c2e“Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir. Zərurət yaranan hallarda biz vəziyyəti yaxşılaşdırmaq üçün zəruri tövsiyələrimizi verə bilərik”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT DTİHB-in monitorinq missiyasının rəhbəri Tana de Zulueta missiyanın fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransında deyib.  Davamı

29.08.2013

Sumqayıt 2 rayona bölünür

Sumqayit_SheheriYaxın vaxtlarda Sumqayıt şəhəri 2 rayona bölünəcək. Lent.az-ın məlumatına görə, bu barədə Sumqayıtın Baş Planının müzakirəsi zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O, bildirib ki, bölgü 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcək. Lakin E.Əzizov bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamayıb.

Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub. Davamı

27.08.2013

Elxan Süleymanov: “AŞPA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri sentyabrın 11-də Bakıya gələcəklər”

Elxan_Suleymanov_280612“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 30 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyası formalaşdırıb. Müşahidə missiyasına kimin rəhbərlik edəcəyi də artıq məlumdur”. Bu açıqlamanı APA-ya Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov verib. Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmçinin 280 nəfərdən ibarət qısa müddətli missiya formalaşdırmaq barədə qərar qəbul edib və bu müşahidəçilərin də yaxın zamanda müəyyənləşəcəyi gözlənilir. Davamı

26.08.2013

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

ilkham_aliev_15Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. Davamı

24.08.2013