Bölmə: Ana səhifə

Ermənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 20 il ötür

Cebrayil-ve-Fizuli-rayonlari_xeriteAPA-nın məlumatına görə, Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Davamı

23.08.2013

Dövlət Komitəsi: Azərbaycanda məktəbli forması istehsalı üçün iki təsərrüfat subyektinə sertifikat verilib

formaStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formaları ilə bağlı məlumat açıqlayıb. Komitədən APA-ya daxil olan məlumatda bildirilir ki, komitəyə valideynlər tərəfindən məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi barədə çoxsaylı müraciətlər gəlməkdədir. Belə ki, son günlərdə Bakı şəhərinin bir neçə ünvanında saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satışının aşkar olunması və bunun qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə əlaqədar istehlakçılar məktəbli geyimlərinin istehsalı ilə məşğul olan təsərrüfat subyektləri barədə məlumatlar əldə etmək istəyirlər. Davamı

22.08.2013

Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim

Rustem_IbrahimovBu arada Rusiyadan “sensasion İbrahimbəyov açıqlaması” gəlib

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.APA-nın məlumatına görə, sənədi MSK-ya Rüstəm İbrahimbəyovun Təşəbbüs Qrupunun üzvü Elman Məmmədzadə təqdim edib. R. İbrahimbəyovun sənədləri MSK-ya prezidentliyə namizədliyinin təsdiq olunması məqsədilə təqdim olunub. Davamı

22.08.2013

Niyazi – 111

NiyaziBu gün Azərbaycanın məşhur dirijor və bəstəkarı Niyazi Tağızadə-Hacıbəyovun doğum günüdür. O, 1912-ci il avqustun 20-də Tbilisi şəhərində anadan olmuşdur. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyovun “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi etmişdir. Davamı

20.08.2013

Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”

Elxan_Suleymanov1“Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistan işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır Davamı

19.08.2013