Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsini elan edib. APA-nın məlumatına görə, layihə barədə məlumat verən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində 4 su anbarı mövcuddur, Ermənistanın imkanları isə bu anbarları təmir etməyə imkan vermir. Davamı
Bölmə: Ana səhifə
Elxan Süleymanov: “BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr heç bir işə yaramır”
«Bu gün bizə verilən beynəlxalq dəstəklər salfet kağızından nazikdir. Salfetlə əlimizi silirik. Amma BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr salfet kağızlarından da zəifdir və heç bir işə yaramır». APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov səsləndirib. Davamı
Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür
APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Davamı
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEV – 90
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Davamı
Mayın 9-da faşızm üzərində qələbədən 68 il ötür
Mayın 9-da Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasındadan 68 il ötür. 1941-ci il iyunun 22-də faşist Almaniyasının hücumu ilə başlanan Böyük Vətən müharibəsində Sovet İttifaqının bütün xalqları ilə yanaşı Azərbaycan xalqı da əsl qəhrəmanlıq və sücaət nümayiş etdirdi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində artıq 187 min nəfər döyüşçü vardı ki, onlardan 30 min nəfərdən çoxu qadınlar idi. Davamı


