Bölmə: Ana səhifə

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar

student_1_Milli Məclisin bugünkü iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. Davamı

24.04.2013

Millət vəkili AŞPA rəhbərliyinə müraciət etdi

Avropa_shurasiAvropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞ PA-nın baş katibi Voysix Saviçkiyə və AŞ PA-nın bütün üzvlərinə 5 sualının cavablandırılması xahişi ilə müraciət ünvanlayıb. Müraciətdə deyilir: Davamı

22.04.2013

Əli Həsənov: “Xaricdəki QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunacaq müsabiqə çox mühüm hadisədir”

Ali_Hasanov“Azərbaycan dövləti vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəkləyir”

“Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söyləyib. Davamı

17.04.2013

Azərbaycanın istehsal etdiyi hərbi maşın ilk dəfə beynəlxalq sərgidə nümayiş olunacaq

Herbi_mashin_AZAzərbaycan hərbi sənaye kompleksinin tarixində ilk dəfə olaraq ölkədə istehsal edilmiş hərbi nəqliyyat vasitəsi beynəlxalq sərgidə nümayişə çıxarılacaq. APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş «Gürzə» adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2011 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəcək. Davamı

17.04.2013