Bölmə: Ana səhifə

Azərbaycanda 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

M. PənahovAzərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 22 min 606  nəfəri ötdüyünü bildirib. Eyni zamanda 20 ölkədən 138 müşahidəçi də qeydiyyatdan keçib.

MSK sədri bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu da nəzərə çatdırıb.

13.10.2015

MTRŞ ATV-də serialın yayımını dayandırıb, ANS-i isə 25 min manat cərimələyib

MTRŞBu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda ATV və ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb.

İclasda Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin  pozulması ilə bağlı “ATV” telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan “SOY” Prodakşn tərəfindən hazırlanan “Qayınanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq “Qayınanamız” serialının  yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib… Davamı

13.10.2015

MSK məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb

msk_bina_mainBu gündən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsinə yönəlmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK-nın Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən treninqlər kiçik qruplar şəklində – hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir… Davamı

12.10.2015

Sergey Lavrov: ATƏT DTİHB öz zəifliyinə görə Azərbaycanda keçiriləcək seçkilərə getməmək qərarını qəbul edib

Sergey_lavrov“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz zəifliyi və boşluğuna görə Azərbaycanda keçiriləcək seçkilərə getməmək barədə qərar qəbul edib”. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Lamberto Zannierlə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət, həmçinin ATƏT-dən müşahidəçiləri dəvət etməlidir və oraya neçə müşahidəçinin gedəcəyi vacib deyil: “Bu, katibliyin günahı deyil, öz boşluğuna görə ardıcıl sınaqlara məruz qalan struktur və onu dolğun təşkilat etməkdən imtina edənlər asan manipulyasiya etmək üçün təşkilatın belə səviyyədə qalmasına üstünlük verirlər”.

12.10.2015

MSK 1000-dən artıq deputatlığa namizədləri qeydə alıb

msk_logoAzərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i “Azadlıq-2015” bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

8.10.2015