Daily Archives: 12/24/2018

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar. Məlumatı AzərTac xəbər verir. Davamı

24.12.2018

Bakıda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Davamı

24.12.2018

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana çevrilib.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan 2018-ci il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Davamı

24.12.2018