Daily Archives: 12/28/2018

ELS təbrik edir!

Azərbaycanda dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1 və 2-si Yeni il qeyd olunur. Bu münasibətlə Bakı yeni il atributikası ilə bəzədilib, həm paytaxt sakinlərini, həm də şəhərimizin qonaqlarında bayram əhval-ruhiyyəsi yaradır.

ELS Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi ölkədə və dünyada yaşayan azərbaycanlıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir, əminamanlıq, cansağlığı, xoş günlər arzulayır! 

28.12.2018

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək

Yanvarın 2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək. Trend-in məlumatına görə, uşaqlara nağıl qəhrəmanları Dovşan, Qarğa, Canavar, Pirat, İfrit və Küpəgirən qarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Davamı

28.12.2018