Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana çevrilib.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan 2018-ci il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanı daha parlaq gələcək gözləyir.

ELS Müstəqil Araşdırmalar Mərkəzi Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət başçısına möhkəm cansağlığı, tükənməz enerji, çoxşahəli fəaliyyətində yeni uğurlar arzulayır!

24.12.2018