Monthly Archives: March 2018

Prezident İlham Əliyev bayram tonqalını yandırdı

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Qız qalasının qarşısındakı meydana gələn dövlət başçısı və xanımını ilk olaraq Bahar qız qarşılayıb və səməni təqdim edib. Sonra ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Davamı

19.03.2018

Azərbaycan prezidenti Vladimir Putini Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir: “ Hörmətli Vladimir Vladimiroviç. Rusiya Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir. Davamı

19.03.2018

Prezidentliyə namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq

Mərkəzi Seçki Komissiyasının martın 17-də keçirilmiş iclasında aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. Davamı

19.03.2018

Bu gün Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır

Martın 19-da 2018-ci il prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Davamı

19.03.2018