“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib. K. Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir. Davamı
ATƏT müşahidə missiyasının rəhbəri: “Biz seçki polisi deyilik, seçkilərin nəticəsi ilə maraqlanmırıq”
9.03.2018


