Monthly Archives: March 2018

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm. Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verib və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olub. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur. Davamı

16.03.2018

AŞPA Azərbaycandakı prezident seçkilərinə 33 nəfərlik müşahidə missiyası göndərir

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir. Davamı

15.03.2018

ATƏT müşahidə missiyasının rəhbəri: “Biz seçki polisi deyilik, seçkilərin nəticəsi ilə maraqlanmırıq”

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib. K. Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir. Davamı

9.03.2018

MSK sədri prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. APA-nın məlumatına görə, M. Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib. Davamı

5.03.2018