ELS-ın layihəsi “Yeni gün” proqramında müzakirə olundu

12.05.2015Mayın 12-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olub. Söhbət ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsindən gedib.

İradə Yaqubova ELS MAM-in ötən illərdəki fəaliyyətindən, davamlı olaraq gənc nəslin milli-mədəni dəyərlər baxımından inkişafı və vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması istiqamətində həyata keçirdiyi layihələrdən, o cümlədən  meneviservetimiz.az portalı, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsindən, qalib mahnılardan ibarət audio disklər və s. uğurlardan danışıb. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Təhsil Nazirliyi və İctimai Televiziyanın dəstəyilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsinə gəlincə, İ.Yaqubova hər bir dövlət və cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinin strateji əhəmiyyət daşıdığını dilə gətirib.

İctmai Televiziyanın “Açıq dərs” verilişinin 6 buraxılışının məhz həmin milli dəyərlərin qorunmasına həsr olunmuş mövzuları əhatə etdiyini deyən layihə rəhbəri artıq 3 verilişin efirə getdiyini də vurğulayıb.

14.05.2015