Almaniya Bundestaqının internet saytında “Dağlıq Qarabağ uğrunda iğtişaşlar” sərlövhəli məlumat dərc olunub. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadın verdiyi xəbərə görə, məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur. Bildirilir ki, Bundestaqın “Solçular” fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib. Davamı
Almaniya XİN: Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir
12.11.2014

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. APA-nın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 19 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 
