Monthly Archives: November 2014

Prezident: “Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir”

ilkham_aliev_15“Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlib”. APA-nın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubundandır. Davamı

17.11.2014

Heydər Əliyev Mərkəzində “Uşaq ürəkləri Azərbaycanda döyünür” şüarı altında beynəlxalq konfrans keçiriləcək

Uşaq ürəkləri Azərbaycanda döyünürNoyabrın 20-dən 22-dək Heydər Əliyev Mərkəzində “Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər” (Update in congenital heart diseases) adlı beynəlxalq konfrans keçiriləcək. Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, “Uşaq ürəkləri Azərbaycanda döyünür” (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunacaq beynəlxalq konfrans 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə həsr edilib. Davamı

17.11.2014

Azərbaycan prezidenti: “Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir”

Azerbaycan-Iran“Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində  biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir”. APA-nın məlumatına görə, Azərbaycan prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanatında belə deyib. Davamı

13.11.2014

Almaniya XİN: Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir

0,,17253929_303,00Almaniya Bundestaqının internet saytında “Dağlıq Qarabağ uğrunda iğtişaşlar” sərlövhəli məlumat dərc olunub. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadın verdiyi xəbərə görə, məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur. Bildirilir ki, Bundestaqın “Solçular” fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib.  Davamı

12.11.2014

Bu gün Azərbaycanda Konstitusiya günüdür

Konstitusiya1212 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. APA-nın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 19 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. Davamı

12.11.2014