“Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 124 nömrəli orta məktəbin kollektivi və yerli ictimaiyyət nümayəndələri ilə görüşü zamanı deyib. Davamı
Daily Archives: 09/16/2014
Yer kürəsində son 11 ilin ən güclü maqnit qasırğaları qeydə alınıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, yerdə çox güclü maqnit qasırğaları baş verib. Onun sözlərinə görə, maqnit qasırğası dünən səhər 06:00-dan başlayıb 11:00-dək davam edib: “Sonradan nisbətən sakitləşib. Növbəti qasırğa isə axşam saat 19:00-dan başlayıb bu gün səhər saat 05:00-ə kimi davam edib. J3 balında olanda olan tsikli çox güclü qasırğadır. Kifayət qədər güclü maqnit qasırğası yerin maqnit sahəsini çox güclü silkələyib. İndi proses sönməyə doğru gedir. Amma maqnit qasırğaları təkrarlana bilər. Çünki günəş diskində maqnit qruplaşmaları əmələ gəlib, həm alışma baş verir, həm də plazma atılır. Qasırğalar davam edə bilər və bu da Yerə yenidən müəyyən təsir edə bilər”. Davamı


