Monthly Archives: August 2014

Prezident İlham Əliyev Bakıdakı 23 nömrəli orta məktəbin binasının əsaslı yenidənqurma işlərindən sonra açılışında iştirak edib

Ilham_Aliyev_Mekteb_AcilishiAzərtac xəbər verir ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Davamı

27.08.2014

Azərbaycan prezidenti: “Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”

Ilham_Aliyev_cixishi“Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil”. APA-nın məlumatına görə, bunu bu gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilib: “Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir”. Davamı

27.08.2014

Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

Mehriban_Aliyev_UshaqlarAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib. APA-nın məlumatına görə, bu gün “Jumeirah Bilgah Beach Hotel”də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik təşkil edilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib. Davamı

26.08.2014

ELS təbrik edir!

Mehriban_Aliyev_tebrikler

 

 

Bu gün Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi xeyriyyəçiliyi, yüksək mədəniyyəti, insansevərliyi və gözəlliyi ilə seçilən Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir və Azərbaycanın birinci xanımına möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, sülh və əminamanlıq arzulayır. 

26.08.2014