Azərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, bu ilin 9 ayı ərzində doğulmuş oğlan uşaqlarından 2702 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Əli (1735), Hüseyn (1705), Ömər (1098), Məhəmməd (962), İbrahim (644), Kənan (616), Nihad (609) adları da var. Davamı
Azərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara ən çox hansı adların verildiyi açıqlanıb
25.09.2014


