“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiya olunub. Bu barədə Secki-2015.az saytına mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib.O bildirib ki, hazırlıq işləri bir neçə ay əvvəl başlayıb və “exit poll” keçirmək üçün artq əməkdaşlar seçilib. Onlar Bakı, Sumqayıt, Abşeron, Xızı və İsmayıllıda treninqlər keçiblər. Rayonlarda isə treninqlər 17-28 oktyabr tarixlərində keçirilir… Davamı
Bölmə: Slide
“ELS” Zaqatalada təlimləri başa çatdırdı
Oktyabrın 24-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zaqatala rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Treninqə könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, 12 sualdan ibarət anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zaqatalada “ekzit-poll” tədqiqatının aparılacağı seçki məntəqələrinin monitorinqini da keçiriblər.
Xatirladaq ki, oktyabrın 17-də regionlarda start götürən təlimlər uğurla davam edir və oktyabrın 28-də başa çatmalıdır.“Ekzit-poll” tədqiqatı səsvermə günü ölkənin 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı
Zərdab-Ağcabədi rayonlarının treninqləri başa çatıb
Oktyabrın 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mütəxəssisləri “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zərdab-Ağcabədi supervayzer və intervüerləri üçün təlimlər keçiriblər. Belə ki, “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri izah edilmişdir. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zərdab və Ağcabədinin seçki məntəqələrinin monitorinqini aparıblar.
Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı
“Ekzit-poll” mütəxəssisləri Şamaxıda təlim keçiriblər
2015-ci Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 23-də Mərkəzin təlimçiləri Şamaxıda supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Treninq zamanı onlara “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Şamaxıda seçki məntəqələrinin monitorinqini aparıblar.
Qeyd edək ki, hazırda “ELS”-ın nümayəndələri “Ekzit-poll” tədqiqatı ilə bağlı regionlarda təlimlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı
“ELS” akkreditasiyadan keçdi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb və digər iki təşkilatla yanaşı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi akkreditasiyadan keçib. MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan seçki təcrübəsində “exit-poll” tədqiqatının artıq reallığa çevrildiyini və ölkədə bu sahədə ixtisaslaşmış qurumların fəaliyyət göstərdiyini deyib.
O, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin indiyə qədər “exit-poll” tədqiqatları və çox saylı sorğular keçirdiyini də dilə gətirib. “Müstəqil Araşdırmalar Mərkəzinin təqdim etdiyi sənədlər əsaslı olduğundan təklif edirəm ki, bu qurum “exit-poll” aparan təşkilat kimi qeydiyyata alınsın”. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi “Ekzit-poll” tədqiqatını noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində həyata keçırməyi planlaşdırır.


