Bölmə: Slide

“ELS” növbəti treninq gününü başa vurdu

17.10.2015Oktyabrın 17-də Suraxanı, Nəsimi, Nərimanov və Xızı rayonları ərazisindəki seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilib. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un kecirilmə qaydalarına dair ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, təşkilat 2008-ci ildə Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub… FOTOQALEREYA Davamı

17.10.2015

“ELS”-ın treninqləri davam edir

Resize of 16.10.2015“Oktyabrın 16-də “Ambassador Hotel”-də ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-cü il Parlament seçkilərində keçiriləcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakının Binəqədi rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçirilib.

Xatırladaq ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçiriir… FOTOQALEREYA Davamı

16.10.2015

“ELS” treninqlərə start verdi

17.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-cü il Parlament seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakıda treninqlərinə start verib. Oktyabrın 15-də “Ambassador Hotel”-də Yasamal rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninlər keçirilmişdir.

Qeyd edək ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçiriir.

Xatırladaq ki, “ELS”-ın həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının aparılması üçün tələb olunan sənədlər paketi oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib və ölkə qanunvericiliyə əsasən, oktyabrın sentyabrın 29-a kimi həmin sənədlərə baxılb qərar qəbul etməlidir… FOTOQALEREYA Davamı

16.10.2015

ELS “Ekzit-poll” layihəsinə start verdi

14.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzi-poll” (“Çıxışda sorğu”) keçirməyi planlaşdırır. Oktyabrın 7-də qeydiyyat üçün sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edən Təşkilatda intervüer və supervayzerlərin seçim prosesi artıq başa çatib.

Bir neçə gün əvvəl “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və layihənin rəhbəri İradə Yaqubova tədqiqatda iştirak edəcək intervüer və supervayzerlərə təlim keçirənlərə treninqlər keçib. Hazırda intervüer və supervayzerlər üçün treninqlərə start verilib.

Qeyd edək ki, “ELS” Azərbaycanda seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitə olan exit-poll tədqiqatının keçirilməsində uzun illərin təcrübəsinə malikdir… FOTOQALEREYA Davamı

14.10.2015

Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib

Məzahir PənahovMilli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib. APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan “Els” Müstəqil Araşdırmalar Mərkəzi də müraciət edib.

Qeyd edək ki, “exit-poll” keçirmək müraciətlərə üçün oktyabrın 12-nə qədər müddət ayrılmışdı. MSK oktyabrın 22-dək müraciətlərə baxıb, qərar verəcək.

14.10.2015