ELS Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkiləri günü 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “exit-poll” keçirəcək. “Report”un məlumatına görə, mərkəzin sədri İradə Yaqubova oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, rəhbərlik etdiyi qurum 2008-ci ildən bütün seçkilərdə fəal iştirak edir: “ELS Müstəqil Araşdırmalar Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, 2007-ci ildən dövlət qeydiyyatına alınıb. Bu müddət ərzində bütün seçkilərdə iştirak etmişik. Xeyli təcrübə qazanmışıq, fəaliyyətimizi təkmilləşdirmişik”.
İ.Yaqubova bildirib ki, noyabrın 1-də “exit-poll”un keçirilməsinə 2600 şəxs cəlb olunacaq: “Burada iş könüllülük prinsipi əsasında aparılır”.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri istisna olmaqla, ölkə ərazisində olan digər seçki dairələrində “exit-poll” keçiriləcək.
Mərkəz sədri “exit-poll”un keçirilmə qaydaları ilə bağlı da məlumat verib.

Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin dəstəyi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin “exit poll” keçirmək sahəsində geniş təcrübəsi var: “Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində “exit poll” keçirib”.
Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll”-la bağlı mətbuat konfransı keçirib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə regionlarda 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri davam etdirir. Bu dəfə Mərkəzin mütəxəssisləri Beyləqan-Fizuli rayonlarının seçki məntəqələrinin çıxışında işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Oktyabrın 26-da təşkil olunan təlimlərdə supervayzer və intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər, o cümlədən tədqiqatın qaydalarına uyğun atacaqları addımlar, sorgu və anket vərəqələri barədə məlumat verilib…
Oktyabrın 24-25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimciləri Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Təlimlər zamanı “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları izah olunub.
