Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gəlib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər… Davamı

Oktyabrın 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ofisinda İsmayıllı rayonunda “Ekzit-poll”tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilmişdir. Təlimçilər könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələri haqqında ətraflı məlumatlar veriblər.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Biləsuvarfa “Ekzit-poll” tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Onlara “Ekzit-poll”un keçirilmə qaydaları, habelə istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri haqqında ətraflə 5əlumat verilib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri oktyabrın 17-18-i Şirvan şəhərində 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib, o cümlədən qaydalar izah edilməklə yanaşı istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Sabirabad rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını ətraflı izah və nümayiş etdiriblər.
