ELS-in keçirdiyi müsabiqənin qalib mahnısı Yaşıl Teatrın səhnəsində

01.06.2016-Bagcamizİyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Konsertdə “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin qaliblərindən biri olan Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Bağçamız” mahnısı da uşaqların ifasında böyük həvəslə səslənmiş və dinləyicilərin gurultulu alqışlarına layiq görülmüşdür. Qeyd edək ki, bu və müsabiqənin digər qalib mahnıları artıq bağçalarımızda populyarlaşıb və ifa olunurlar.

Mahnını yaradan Elşən Nicatı və Gülzar İbrahimovanı təbrik edirik!  VİDEO

7.06.2016